İranda güclü qum qasırğası baş verib

İranda güclü qum qasırğası baş verib. Buna görə, bir sıra idarələr bağlanıb .

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Sistan və Bəlucistan əyalətinin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebi deyib:

“Qum qasırğasının sürəti və artması səbəbindən bu gün bölgənin beş şəhərində yardım və tibbi xidmət idarələri istisna olmaqla digər idarələr bağlanıb”.