Masallıda zəlzələ  3 bala qədər hiss olunub


Masallıda 3,5 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Lənkəran stansiyasından 29 km şimalda, Masallı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub”, – Mərkəzin məlumatında deyilir.

Yerli vaxtla 00:58-də qeydə alınan yeraltı təkanların ocağı 18 km dərinlikdə olub.