Gəncədə piyadanı avtomobil vuraraq öldürüb

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı avtomobil Gəncə şəhər sakini, Siyavuş Niyazovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.