Azərbaycanlı tələbə ABŞ-də faciəvi şəkildə öldü - FOTO

ABŞ-nin paytaxtı Vaşinqtonda magistr təhsili alan BMU-nun məzunu Nicat Hüseynov keçirdiyi avtomobil qəzasından sonra dünyasını dəyişib.

Trend xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, o, qəzadan sonra müalicə aldığı Corc Vaşinqton Universitetinin hospitalında vəfat edib.

Qeyd edək ki, Nicat Hüseynov BMU-nun kompüter mühəndisliyi ixtisasından məzun olub.