Gəncədə sərnişin avtobusu aşdı

Gəncədə sərnişin avtobusu aşıb.

Axar.az xəbər verir ki, hadisə şəhərin Xan Bağı ərazisində baş verib.

Bir nömrəli marşurut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb.

İlkin məlumata görə, xəsarət alanlar var.

Qeyd edək ki, qəzanın baş verdiyi ərazidə bir müddət öncə yaşayış binası inşa olunurdu. Amma işlər yarımçıq saxlanılmışdı.

***

Hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib.

Xəsarət alan 5 nəfər Zülfüqar Məmmədov adına xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.

***

Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar 23.10.2023-cü il tarixində saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. 6 nəfərə yerində yardım göstərilib, 9 nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub.

Xəsarət alan 6 nəfər akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına Xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində 5 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətləri stabildir.