Supermarketdə spirtli içkiləri sındıran şəxsin məhkəməsi başlayır

Bakının Yasamal rayonunda yerləşən supermarketlərin birində spirtli içkiləri sındırmaqda təqsirləndirilən İkram Hüseynovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

APA xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Yasamal rayonu ərasizindəki supermarketlərin birində baş verib. Marketə gələn şəxs orada olan spirtli içkiləri “haramdır” deyib, sındıraraq ticarət obyektinə 9 min manata yaxın ziyan vurub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başqasının əmlakını qəsdən məhv etməkdə şübhəli bilinən İkram Hüseynov saxlanılıb.

İkram Hüseynova Cinayət Məcəlləsinin 234.1.1-ci və 186.1-ci maddələri ilə ittiham verilib.