Oğuzda 36 yaşlı kişi döyülüb

Oğuzda 36 yaşlı kişi döyülüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, oktyabrın 27-dən 28-nə keçən gecə 1987-ci il təvəllüdlü Tərtər rayon sakini Nicat Yaşar oğlu Abbasov bədənin küt travmaları ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Oğuz RMX-da N. Abbasova ilkin yardım göstərildikdən sonra müayinəsini davam etdirmək üçün Şəki RMX-a göndərilib.

N. Abbasova hansı şəraitdə və kim tərəfindən xəsarət yetirilməsi Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.