Zaqatalada qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb-YENİLƏNİB

Noyabrın 24-də saat 09 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

09:18
Zaqatalada qadın qətlə yetirilib.
APA-nın Şimal-qərb bürosunun məlumatıma görə, hadisə təxminən 09:00 radələrində şəhərin Həzi Alsanov küçəsində, Zaqatala rayon Mərkəzi Xəstəxananın yaxınlığında qeydə alınıb. Hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı qadın küçədə bıçaqlanaraq qətlə yetirilib.
Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.