Gəncədə yol qəzası zamanı piyada xəsarət alıb

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Hərəkətdə olan avtomobil 1989-cu il təvəllüdlü Firuzə Məmmədovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.