Şəkidə “TIR” yanıb

Şəkidə “TIR” yanıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi günorta saat 14 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndinin inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “TIR” yanmağa başlayıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Yevlax rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb. Yanğın nəticəsində yük maşının kabinə hissəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.