Səngəçalda zəlzələdən sonra üzə çıxdığı güman edilən qala divarları ilə bağlı əraziyə baxış keçirilir - VİDEO - YENİLƏNİB

"Hazırda əməkdaşlarımız əraziyə yerində baxış keçirirlər".
Bunu APA-ya açıqlamasında Arxeologiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev deyib.
"Nəticə barədə məlumat veriləcək", - o əlavə edib.

12:37
“Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib.
“Əraziyə baxışdan sonra mətbuata əlavə məlumat veriləcək”, - məlumatda vurğulanıb.

Telegram Widget