Abşeronda “Hyundai” markalı minik avtomobili yanıb

Abşeron rayonunda “Hyundai” markalı minik avtomobilinin salonu və idarəetmə lövhəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.