AAYDA: "Bakıda yol ötürücüsü üzərində yaranmış aşınma aradan qaldırılıb"

Bakının Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsündə ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) temperatur şovu üzərində, asfalt-beton örtükdə yaranmış problem aradan qaldırılıb.
"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Belə ki, qısa müddət ərzində sözügedən hissədə asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunub.