Hafiz Babalı saxlanılıb 

Jurnalist Hafiz Babalı saxlanılıb. O, ​“Abzas media” ilə bağlı iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, istintaq hərəkətləri aparılır.

Xatırladaq ki, daha öncə sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittiham ilə həbs ediliblər.