Cəlilabadda iki maşın toqquşub, ölən və xəsarət alan var 

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili "VAZ-2107" markalı minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, toqquşma nəticəsində ölən və xəsarət alanlar var. Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.