Azərbaycanda zəlzələ olub

Lənkəranda zəlzələ olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, yeraltı təkan yerli vaxtla 15:00-da qeydə alınıb. Təkanlar 3 bal gücündə hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumata görə, mərkəzin zəlzələlərin tədqiqatı bürosu tərəfindən bu gün saat 15.04-də Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.