DSX: Azərbaycana qarşı xarici xüsusi xid­mət orqanları ilə əlaqəli 8 şəxs müəyyən olunub, xaricdə döyüşmüş 7 nəfər saxlanılıb

2023-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş əsas nailiyyətlər açılanıb.
Bu barədə DSX-da 2023-cü ildə xidməti döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib.
Qeyd olunub ki, bu il ərzində dövlət sərhədini pozduqlarına görə 489, sərhəd rejimini pozduqlarına görə 10 689, axta­rışda olan 3609, saxta sənədlərlə 252, özgəsinə məxsus sənədlə 4, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd edən 4 nəfərin sərhədçilərin sayıqlığı nəticəsində saxlanılıb.
Ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədi ilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfər müəyyən edilib, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 7 nəfər saxlanılıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21, qaçaqmalçılıqla məşğul olan 3, qeyri-qanuni miqrasiya ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
O da qeyd olunub ki, il ərzində 2 ton 95 kiloqram 338 qram narkotik vasitənin, 51 milyon 14 min 753 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçiril­məsinin qarşısının alınıb, 36 ton 222 kq narkotik xassəli bitki məhv edilib.