DSX: İyunun 15-də Laçında təxribata cavab olaraq düşmən snayperləri, döyüş postu və dislokasiya məntəqəsi zərərsizləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə 150 km məsafədə yeni yollar çəkilib, 354 km yollar əsaslı təmir olunub.
APA xəbər verir ki, bu barədə DSX-nin 2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib.
O da bildirilib ki, 7,1 km məsafədə hərəkət təhlü­kə­sizliyi üçün xüsusi vallar salınıb:
“2661 hektar ərazinin mina və partlamamış sursatlardan təmizlənib, 1598 ədəd piyada, 1763 ədəd tank əleyhinə mina, 518 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib”.
O cümlədən 2023-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş əsas nailiyyətlər sırasında iyunun 15-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində “Laçın” döv­lət sərhədindən buraxılış məntəqəsində xidmət aparan sər­hədçinin yaralan­masına səbəb olan düşmən təxribatına cavab olaraq düşmən snayperlərinin, döyüş postunun və dislokasiya məntəqəsinin zərərsizləşdirilməsi də göstərilib.