Bakıda "Prius" piyadanı vuraraq öldürdü

Bakı şəhərinin Bakıxanov qəsəbəsində "Toyota Prius" markalı avtomobil piyadanı vuraraq öldürüb.
Sherg.az xəbər verir ki, Polad Yusif oğlu Cahangirov etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Bakıxanov qəsəbəsi istiqamətinə hərəkətdə olarkən "Kaspi" liseyinin qarşısında yolu keçən piyada 1995-ci il təvəllüdlü Sadiq Rizvan oğlu Məmmədovu ehtiyyatsızlıqdan vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də araşdırma aparılır.