Yaşlı ər-arvad dəm qazının qurbanı oldu

Türkiyənin Qaziantep şəhərində sobadan sızan dəm qazından zəhərlənən 85 yaşlı Mustafa Elmas və 83 yaşlı həyat yoldaşı Ayşe Fatma Elmas həyatını itirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Qaziantepin Araban səmtinin Nurettin məhəlləsində yaşayan Mustafa-Ayşe Fatma Elmas adlı cütlüyün yaxınları dünən axşam saatlarında jandarmaya xəbər verib.

Xəbərdarlıq üzərinə gələn qruplar girdikləri evdə cütlüyü hərəkətsiz vəziyyətdə tapıblar.

Nəzarət zamanı Elmas cütlüyünün sobadan sızan dəm qazından zəhərləndiyi və öldüyü müəyyən edilib.

Meyitlər yarılmadan sonra yaxınlarına təhvil verilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.