Canan Karatayı aldadan şübhəli yaxalanıb

Şanlıurfada keçirilən fırıldaqçılıq əməliyyatında 47 şübhəli tutulub. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Şanlıurfada 2013-cü ildə müxtəlif cinayətlərə görə axtarışda olan və  Prof. Dr. Canan Karatayı aldadan şübhəli də daxil olmaqla 47 nəfər saxlanılıb.
 162 nəfərlik polis qrupları şəhər daxilində axtarılan şübhəlilərə qarşı eyni vaxtda əməliyyat təşkil edib.

Silahlı talama, narkotik vasitələrin qanunsuz dövriyyəsi, oğurluq, qəsdən xəsarət yetirmə və dələduzluq cinayətlərinə görə axtarışda olan 19-u məhkum olmaqla ümumilikdə 47 nəfər gizləndikləri ünvanlarda saxlanılıb.
Əməliyyat zamanı  2013-cü ildə Canan Karataya qarşı dələduzluqda şübhəli bilinənlərdən i olan və "silahlı talan və dələduzluq" maddəsi ilə 19 il 9 ay 15 gün həbs cəzası alan məhkum M.K.-nın da yaxalanıb.