Naxçıvan-Sədərək yolunda maşın aşıb, xəsarət alan var

Naxçıvan-Sədərək magistral yolunda avtomobil aşıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün Şərur rayonunun Püsyan kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin Şərur rayon Xanlıqlar kənd sakini, 1953-cü il təvəllüdlü İmanova Nazənin Mahmud qızı xəsarət alıb.
 O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.