Keçən il ölkədə 44 partlayış olub, 16 nəfər həlak olub

2023-cü il ərzində respublika ərazisində 44 partlayış hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu 2022-ci il ilə müqayisədə 31 hadisə və ya 41% azdır.
Partlayışlar zamanı 16 nəfər həlak olub, 55 nəfər xəsarət alıb və 3 nəfər xilas edilib.