Bakıda dəmir yolu stansiyasında zəncirvari qəza olub

Bu gün saat 10:15 radələrində "Azərbaycan Dəmir Yolları "QSC -yə (ADY) məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 dövlət nömrə nişanlı avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.
Bu barədə  ADY-dən bildirilib.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
"ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır", - deyə məlumatda qeyd olunub.