11-ci sinifdə oxuyan Raul qıza görə öldürülüb

Gəncədə məktəblinin qətlinin ilkin səbəbləri məlum olub.
Sherg.az Lent.az-a istinadən xəbər verir ki, ilkin ehtimala görə hadisə qız üstündə baş verib.
Hadisəsin dəqiq təfərrüatları istintaq zamanı məlum olacaq.
Qeyd edək ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.