Bakıda klubda dava: xəsarət alan var

Bakıda klubda insident olub, xəsarət alan var.
Axar.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
Onun sözlərinə görə, ötən gün paytaxtın Səbail rayonunda klubların birində insident olub, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb:

"Hadisədə bir nəfər yüngül xəsarət alıb. Fakta görə cinayət işi açılıb, hazırda istintaq hərəkətləri davam etdirilir".