Cəsədləri oğurlayıb satan təşkilat yaxalanıb

İspaniyada naməlum cəsədləri oğurlayan təşkilat yaxalanıb. Qurumun saxta sənədlərlə meyitləri götürərək 1200 avroya satdığı bildirilib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın Valensiya şəhəri Polis İdarəsindən verilən açıqlamalarda İspaniya Milli Polisinin şəhərdə keçirdiyi əməliyyatda cəsədləri satan yaşları 41-74 arasında olan 4  İspaniya vətəndaşının yaxalandığını açıqlanıb.

Açıqlamada cinayətkar təşkilatın xəstəxanalarda və ya qocalar evlərində vəfat edən kimsəsiz uşaqların cəsədlərini saxta sənədlər hazırlayaraq qəbul edərək meyit kimi istifadə olunmaq üçün tibb fakültələrinə satdığı bildirilib.

Açıqlamada qeyd olunub ki, sözügedən cinayətkar təşkilat yetim, qoca və ya həyati təhlükəsi olan şəxsləri izləyir və onlar öldükdən sonra saxta sənədlərlə cəsədləri götürərək 1200 avroya tibb fakültələrinə satırlar.