
Yarış qızışır: Türkiyədə seçkilər CHP üçün daha çətin olacaq
Yusif Nəzərli
06:28 01.02.2024
Aktual
550
Ekspertin sözlərinə görə, müxalifətin böyük şəhərləri növbəti dəfə əlində saxlaması asan görünmür
Türkiyədə 31 martda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı son çalışmalar həyata keçirilir. Mərkəzi Seçki Komissiyasında (YSK) seçkilərdə iştirak edəcək siyasi partiyaların seçki bülletenindəki yerlərinin müəyyən edilməsi üçün püşkatma olub. YSK səddi Əhməd Yener partiyaların bülletendəki sırasını paylaşıb. Ümumən, son zamanlar Türkiyədəki müxalifət partiyalarının - CHP, İYİ Partiya və digər siyasi partiyaların daxilində böhran yaşanır. Eyni zamanda müxalif partiyalar arasındakı münasibətlərdə soyuqluq özünü büruzə verir, hətta bəzi partiyalar arasında “soyuq savaş” gedir. Bir çox analitiklər növbəti seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) böyük şəhərlərdə qələbə qazanacağını iddia edirlər. Ankara və İzmir istisna olmaqla müxalifətin böyük şəhərlərin əksəriyyətini bələdiyyə seçkilərində itirəcəyini deyirlər. Hətta vurğulanır ki, AKP əsas şəhərləri götürərsə, müxalifət partiyalarında böhran daha da dərinləşəcək. Artıq İYİ Partiya və Məmləkət Partiyası öz namizədləri ilə seçkilərə gedəcəklərini bəyan ediblər.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, bələdiyyə seçkiləri müxalifət, xüsusən Cümhuriyyət Xalq Partiyası (CHP) üçün daha çətin olacaq. Ekspertin sözlərinə görə, müxalifətin böyük şəhərləri növbəti dəfə əlində saxlaması asan görünmür:

"Çünki müxalifət bələdiyyə seçkilərinə birləşmiş halda, ortaq namizədlərlə getmirlər. Hər partiya öz namizədlərini təklif edir. Ötən seçkilərdə müxalifət vahid namizədlə marafona qatıldığı üçün Əkrəm İmamoğlu qələbə qazana bildi. İYİ və Səadət partiyaları CHP-nin namizədini dəstəklədilər ki, bu da səsvermənin nəticəsində mühüm rol oynadı. İndi durum fərqlidir. Bu da müxalifətin işini mürəkkəbləşdirir. Hakim AKP-nin də İstanbul üçün namizədi - millət vəkili Murat Kurum uğurludur. Murat Kurum rəqibi Əkrəm İmamoğlu kimi populist, enerjili, siyasi mənada "həyasız"dır. Həm də gənc və ambisiyalıdır. Natiqlik xüsusiyyətləri ilə yanaşı, polemika aparmasını da yaxşı bacarır. Belə deyim var, deyirlər, "dinsizin öhdəsindən imansız gələr". O baxımdan İstanbul üçün Murat Kurumu uğurlu namizəd hesab edirəm. Türkiyədə rəqabətli seçki marafonu üçün bu amillər önəmli nüansdır. AKP-nin Ankaranı geri almaq şansı da var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya