İspan, ABŞ həkimləri əlac tapa bilmədi: Türk həkimlər onu ayağa qaldırdılar

ABŞ və İspan həkimlərinin çarə tapa bilmədiyi əsrarəngiz bakterial infeksiyaya yoluxan şəxs Türkiyədə ayağa qalxıb. Amerikalı həkimlərin hətta yeriməsinin də ən azı iki il çəkəcəyini düşündüyü xəstə üç ay ərzində xəstəxanadan buraxılıb.
Sherg.az xarici  mediaya istinadən xəbər verir ki, Patanjali Çari bişməmiş yeməkdən ölümcül Listeria bakteriyasına yoluxub. Bakteriyalar tez bir zamanda Çarinin bədənini ələ keçirərək onu iflic vəziyyətinə salıb. Xəstəliyinin son mərhələsində Çari daha danışa bilmirdi. ABŞ-ın aparıcı xəstəxanalarında müalicə almağa çalışan Çariyə həkimlərdən bəd xəbər gəlib. Səlahiyyətlilər qeyd etdilər ki, bədbəxt adamın sağalması üçün ən tez üç il lazım olacaq, lakin onun əvvəlki kimi olacağı çətin məsələdir.

Çari bununla razılaşmayaraq Türkiyəyə gəlib. O, özəl xəstəxanada təxminən üç ay ərzində sağaldı və evə buraxıldı. Çarinin həyat yoldaşı Jasmin xəstəxanada aldıqları xidmətin keyfiyyətini tərifləyib, ərinin xəstəliyinin 2022-ci ildə Parisdə yedikləri yeməkdən sonra baş verdiyini xatırladıb. Soyuqdəymə əlamətləri ilə başlayan xəstəliyin bir gün sonra ərini iflic vəziyyətinə saldığını bildirən Jasmin əvvəlcə İspaniyada xəstəxanaya getdiklərini, lakin oradakı həkimlərin diaqnoz belə qoya bilmədiklərini bildirib. Günlərlə komada olan Çari iflic olduğundan və venadaxili qidalandığından udqunub-udda bilmirdi.


2023-cü ilin mart ayında Türkiyəyə gələn və müalicəsinə başlayan Çarinin iflic olması səbəbindən bədənində də böyük əzələ itkisi yaşanıb. Türkiyədə hər gün 24 saat qulluq edilən və iyun ayında yeriməyi bacaran Çari sağalmasının səbəbini tamamilə türk həkimlərlə əlaqələndirib. Xəstəxanada qaldığı müddətdə personalın ona ən yaxşı şəkildə müalicə etdiyini deyən bədbəxt adam müalicəsi üçün ümumilikdə 200 min dollar ödədiyini də bildirib.

Çox nadir xəstəlik olan Listeria bir çox məməlilərin, quşların və balıqların çiy qidalarında, torpağında və nəcisində rast gəlinir. İnfeksiyanın yüngül simptomları ishal və qusma ilə özünü göstərir, lakin üç gün ərzində immunitet sistemi lazımi dərmanlarla oyuna girir və bakteriyaları məhv edir. Digər tərəfdən, ABŞ-da hər il 1600 insana bu xəstəlik diaqnozu qoyulur və 260 nəfər ölür.