Qubada ağır qəza: 2 nəfər öldü, 3-ü yaralandı

Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, “Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb. Yaralılar Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qubada baş verən qəzada iki nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildiriblər ki, fevralın 11-də saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsi ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.