Bakıda güclü yanğın – VİDEO

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində güclü yanğın başlayıb.
Sherg.az bildirir ki, bu barədə ərazidə yaşayan sakinlər Ölkə.Az-ın redaksiyasına video göndəriblər.
Yanan ərazi və hadisənin səbəbi məlum deyil.
Yanğının təsirindən tüstü xeyli əraziyə yayılıb.
Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib.