40 il mağarada yaşayan adamdan ÜZÜCÜ XƏBƏR

Balıkəsirdə 40 il mağarada tək yaşadıqdan sonra 6 il əvvəl daxmaya köçən 80 yaşlı İskəndər Gündüz dünyasını dəyişib.

Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, 6 il əvvəl Bigadiç İlçe Qubernatorluğu tərəfindən mağaranın yaxınlığında inşa edilən daxmaya köçən İsgəndər Gündüz daxmanın kənarındakı skamyada çobanlar tərəfindən hərəkətsiz vəziyyətdə tapılıb. 


 

Hadisə yerinə gələn tibb qrupları tərəfindən aparılan yoxlamalar zamanı Gündüzün öldüyü müəyyən edilib.

Gündüzin cənazəsi bu gün günorta saatlarında məhəllə cemevisində təşkil edilən mərasimin ardından məhəllə qəbiristanlığında torpağa verilib.