Ərini öldürdü: Polisə təslim olub  günahını etiraf etdi

Adananın Kozan rayonunda evində ölü tapılan Uğur İşlərin həyat yoldaşı Melisa İşler polisə təslim olub və qətli törətdiyini etiraf edib.
Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, Uğur İşler adlı şəxs Çanaklı Mahallesi Kanal Boyu məhəlləsindəki evində qətlə yetirilib.

Hadisədən sonra polis araşdırmalara başlasa da, kişinin arvadı uşağı ilə birlikdə yoxa çıxıb.

Polis hadisə ilə bağlı işlərini davam etdirərkən, Melisa İşler saat 17.30 radələrində Kozan Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Qətli törətdiyini etiraf edən qadının şəxsi avtomobili ilə Adanaya anasının yanına getdiyi, orada vəkil tutaraq polis bölməsinə gəldiyi öyrənilib.

Qətldə istifadə edilən silahı polisə təhvil verən qadına qarşı polis bölməsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.