Sabirabadda avtomobil piyadanı vurub

Sabirabadda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.

QAZ-31 markalı avtomobil Qaratoğay kənd sakini, 1990-cı il təvəllüdlü Tarıverdi Nadim oğlu Vahidovu vurub.

Piyada ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.