Nəsli kəsilmək üzrədir: “Meşənin kabusu” kameralara tuş gəlib

“Meşənin ruhu” kimi tanınan Qafqaz vaşaqını qarla örtülmüş torpaqda görüblər. Mütəxəssislər Qafqaz vaşağının gecələr ov ovlayan, gündüzlər nadir hallarda rast gəlinən növ olduğunu bildiriblər.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, ov üçün adətən qaranlığa üstünlük verən nəsli kəsilməkdə olan Qafqaz vaşaqı gündüz saatlarında Qarsın Sarıqamış rayonunda qarla örtülü ərazidə ov edərkən görüntülənib.

KuzeyDoğa Dərnəyinin Elm Koordinatoru Emrah Çoban, nəsli kəsilməkdə olan vaşaqları izlədiklərini söyləyib.

Vaşağın gün ərzində ilk dəfə belə aydın göründüyünü bildirən Çoban sözlərini belə davam etdirir:

"Meşənin ruhu, yəni vaşaq Anadolu Agentliyi tərəfindən Sarıqamışda yaxalanıb. Bu bizi həyəcanlandırdı. Çünki vaşaqlar əslində ləqəbindən də göründüyü kimi "meşənin kabusu" adlandırılır. Onlar gecələr aktiv olan canlılar olduğundan , gün ərzində nə etdiklərini bilmirik.  Biz bu dəfə vaşaqların gün ərzində ovlarının arxasınca necə getdiklərini aydın gördük".

Çoban görüntülərlə əlaqədar  bunları deyib: "Qar altındakı səsləri necə dinlədiklərini və ov üzərində necə fokuslandıqlarını açıq şəkildə görə bilirik. Sivasın şərqində və Ankarada vaşaqların daha çox gəmiricilər və dovşanlarla qidalandığını bilirik.


Sarıqamışda Avrasiya və Qafqaz vaşaqlarının iki növü olduğunu izah edən Çoban sözləinə davam edir:

"Videoda görünən Qafqaz vaşağı əslində indiyə qədər   gündüz vaxtıqeydə alınmış  ən yaxşı videodur. O, ovunu necə ovladığını və onun arxasınca necə getdiyini bizə çox aydın şəkildə göstərir. Digər növ Avrasiya vaşağı Qafqaz vaşaqından daha böyükdür. Elm adamları olaraq indiyə qədər etdiyimiz araşdırmalarda "Belə bir görüntüyə rast gələ bilmədik, amma müxbirlər həmişə açıq fikirli olduqları üçün bu möhtəşəm görüntüləri lentə aldılar və onlara təşəkkür edirik."