Lerikə istirahətə gedən 11 nəfər qidadan zəhərləndi

Lerik rayonunda istirahət mərkəzlərinin birində 11 nəfər zəhərlənib.
Sherg.az xəbər verir ki, zəhərlənənlərdən 6-sı azyaşlıdır.

Bakı şəhər sakinləri olan həmin şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onlar 3 ailənin üzvləridir, ilkin ehtimala görə, özləri ilə gətirdikləri ərzaqdan zəhərləniblər.

Onlara ilkin tibbi yardım göstərilib.

Zəhərlənən şəxslərin adlarını təqdim edirik:

- 1992 – ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə

- 1991 – ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə

- 2018 – ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə

- 2014 – cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə

- 1993 – cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva

- 1990 – cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva

- 2020 – ci il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva

- 2016 – cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev

- 1987 – ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev

- 2012 – ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva

- 2018 – ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə.

***

Lerikdə zəhərlənmə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib.

TƏBİB-dən verilən məlumata görə, 27.03.2024-cü il tarixdə saat 06:00-da zəhərlənmə şübhəsi ilə bağlı 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.

Həmin şəxslərə zəruri ilkin tibbi xidmətlər göstərilib, analiz nümunələri götürülüb. Onlar vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.