Sumqayıtda sahildən 6 aylıq körpə meyiti tapıldı

Sumqayıtda dəniz sahilində uşaq meyiti tapılıb.

Axar.az xəbər verir ki, meyit Zeynalabdin Tağıyev adına qəsəbədə dəniz sahilində aşkarlanıb.

Meyitin 6 aylıq uşağa aid olduğu bildirilir, lakin meyitin əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.

Meyit ərazidən götürülüb. Fakt araşdırılır.

***

Baş Prokurorluqdan verilən məlumata görə, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.