Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib

Astara rayonunda ağır yol qəzası olub.

Trend xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistralının Astara rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "BMW" markalı minik avtomobili iri tonnajlı "DAF" markalı yük avtomobilinın altına girib. "BMW" markalı minik avtomobilində olan bir ailənin üç üzvü yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.