Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən Tofiq Həsənov 10 il müddətinə azadlıqdan məhrum olunub.
Həmçinin, təqsirləndirilən şəxsin “ədliyyə general-mayoru” rütbəsindən və “Vətən uğrunda medalından” mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndərilməsi istənilib.
Prokuror Tofiq Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsrili bilinməklə 11 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.
Qeyd edək ki, barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə keçmiş Xidmət rəisi Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.