Masallıda qəza olub, 4 nəfər xəsarət alıb

Masallının Sərçuvar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Masallı rayon mərkəzi xəstəxanasından APA-ya verilən məlumata görə bu gün səhər saat 07:40 radələrində baş verən avtoqəza nəticəsində 4 nəfər: 1953-cü il təvəllüdlü Mirzəyeva Gülxar Əzizan qızı, 1964-cü il təvəllüdlü Sucayeva Gülnisə Seyid qızı, 1979-cü il təvəllüdlü Zülfiyev Dilqəm Akif oğlu və 1998-ci il təvəllüdlü Həsənzadə Elçin Alışan oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya qəbul olunublar.

Zülfiyev Dilqəm Akif oğluna yardım olunduqdan sonra o digər xəstəxanaya köçürülüb. Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.