Bakıda kişini avtomobil vurararaq komatoz vəziyyətinə salıb

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, avtoqəza Zabrat-Maştağa şossesində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan 55-60 yaşlı kişi yolun əks tərəfinə keçmək istəyərkən onu “Mercedes” markalı maşın vurub.

Piyada komatoz vəziyyətində Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.