İstanbulda silahlı hücum: ölən var

İstanbulun Sancaktəpə rayonunda atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, atışma nəticəsində 1 nəfər ölüb.

Hadisə yerinə polis və təcili yardım briqadaları göndərilib. Polis hadisənin baş verdiyi küçənin giriş-çıxışlarını bağlayıb.