Sumqayıtda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılıb öldü

Sumqayıt şəhərində 5 yaşlı uşaq yaşayış binasının 7-ci mərtəbəsindən yıxılıb.
Sherg.az Report-a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində baş verib.
2019-cu il təcəllüdlü Eduard Mayis oğlu Mürsəlov yaşadığı evin eyvanından yıxılaraq ölüb.
Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.