Abşeronda iki maşın toqquşub, xəsarət alanlar var

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Bakı-Sumqayıt yolunun Saray qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

“Ford” və “Opel” markalı avtomobbilərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Hadisənin səbəbi araşdırılır.