Şamaxıda heyvana qarşı zorakılıq faktı araşdırılır

İtin maşının arxasına bağlanaraq sürüməyə cəhd olunması barədə sosial şəbəkədə yayılan görüntülər araşdırılır.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov APA-ya bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma aparılır. Görüntülər Şamaxı rayonunda qeydə alınıb. Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək.