Azərbaycanda daha bir şagird vəfat etdi

Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdi Turan Musa oğlu Vəliməmmədov ağır xəstəlikdən sonra dünyasını dəyişib.
"Medicina" xəbər verir ki, 1 ay əvvəl ciddi diaqnoz qoyulan uşağı xilas etmək mümkün olmayıb.
Turan Vəliməmmədov məktəbdə nümunəvi davranışı ilə fərqlənən şagirdlərdən biri olub. O bu gün Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılıb.