Maştağada mağazadan soyğunçuluq edilib

Maştağa qəsəbəsində mağazadan soyğunçuluq edilib.

APA DİN-ə istinadən xəbər verir ki, aprelin 10-u Maştağa qəsəbəsində mağazaların birindən 1000 manat dəyərində qızıl-zinət əşyalarının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş F.Hacıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.