Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb

Bakının Yasamal rayonunda bıçaqlanma baş verib.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü İbrahimov Sirac Elman oğlu marketin qarşısında tanışı ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.