Türkiyədə 4.5 maqnitudalı zəlzələ olub

Türkiyədə zəlzələ olub.

APA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Egey dənizində, İzmir şəhərinin 46 km-liyində baş verib.

4.5 maqnitudalı zəlzələ yerin 7 km dərinliyində qeydə alınıb.