Qobustanda 35 yaşlı kişi yol qəzasında xəsarət alıb

Qobustan qəsəbəsində 35 yaşlı kişi yol qəzasında xəsarət alıb.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Nuriyev Elvin Həkimağa oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır